Yanvarda Azərbaycana 136 ölkədən 226,2 min və ya 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Xezerxeber.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın fevral sayına istinadla xəbər verir ki, ötən ay ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 85,2 milyon manat təşkil edib.