Xəzər Xəbər

Ötən il dövlət ipoteka kreditlərinin 7%-i fərdi yaşayış sahələri üzrə olub

İqtisadiyyat | 13:41 • 17 Fevral 2020
Ötən il dövlət ipoteka kreditlərinin 7%-i fərdi yaşayış sahələri üzrə olub

Azərbaycan Respublikasının Kredit və Zəmanət Fondunun xətti ilə cari ilin əvvəlinədək 2 057 fərdi yaşayış sahəsinə ipoteka krediti verilib.


Fondun xəbərinə görə, beləliklə, bu müddətdə verilmiş dövlət xətti ilə verilmiş cəmi ipoteka kreditlərinin 7,4%-i məhz bu kateqoriyadan olan sahələrin payına düşüb.


Qeyd edək ki, Fondun xətti ilə 2006-cı ildən bu il yanvarın 1-dək ümumilikdə 27 812 ipoteka krediti verilib.

Xəbər lenti