Xəzər Xəbər

Bakıda daha bir marşruta yeni avtobuslar verildi - VİDEO

İqtisadiyyat | 10:41 • 17 Fevral 2020
Bakıda daha bir marşruta yeni avtobuslar verildi -

Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərin istismarına "İsuzu Novociti" markalı yeni avtobuslar cəlb edilib.


Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, qurumun tələbinə əsasən, hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədi "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə əvəz edilib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.


Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.


Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti