Xəzər Xəbər

74 mindən çox ailənin mənzil üzərində mülkiyyət hüquqlarının təsdiqi mümkün olacaq

İqtisadiyyat | 10:31 • 25 Yanvar 2020
74 mindən çox ailənin mənzil üzərində mülkiyyət hüquqlarının təsdiqi mümkün olacaq

Fövqəladə Hallar Nazirliyi tərəfindən binaların dayanıqlılığı və təhlükəsizliyi ilə bağlı təqdim olunmuş müsbət rəylər əsasında Bakı şəhəri üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, ölkənin digər şəhərləri üzrə isə aidiyyəti yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş istismara icazələr əsasında ümumilikdə 74 min 46 ailənin mənzil üzərində mülkiyyət hüquqlarının təsdiqi mümkün olacaq.


Komitədən xezerxeber.az-a bildirilib ki, bu barədə qurumun sədri Anar Quliyev yanvarın 24-də ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.


O qeyd edib ki, ötən illər ərzində bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət olunmadan aparılması səbəbindən həmin binaların rəsmiləşdirilməsində və sakinlərinin yaşadıqları mənzillər üzərində mülkiyyət hüquqlarının tanınmasında olan çətinlikləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərman ölkə vətəndaşlarının hüquq və maraqlarının hər şeydən üstün olduğunu bir daha nümayiş etdirib. Fərmanla bir sıra dövlət qurumlarının vəzifələri müəyyənləşdirilib, belə binaların istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması, bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə tapşırıqlar verilib.

Xəbər lenti