Xəzər Xəbər

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

İqtisadiyyat | 17:06 • 4 Noyabr 2019
Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.


Xezerxeber.az Mərkəzi Banka istinadən xəbər verir ki, AMB-nın valyuta ehtiyatları noyabrın 1-nə 6 milyard 144,7 milyon ABŞ dolları olub. Bu göstərici oktyabrın 1-i ilə müqayisədə 110,6 milyon dollar, ilin əvvəli ilə müqayisədə 519 milyon dollar çoxdur.


2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5 milyard 625,7 milyon təşkil edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti