Xəzər Xəbər

Bakıda velosiped yolu salınır - FOTO

İqtisadiyyat | 15:58 • 10 Oktyabr 2019
Bakıda velosiped yolu salınır -

Bakıda Puşkin küçəsinin bir hissəsində (100-150 metr) 7 kilometrlik velosiped yolunun yaradılması üzrə işlər başlayıb.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu işlər başa çatdıqdan sonra velosiped yolu layihəsinə Bakının mərkəzi küçə və prospektləri qatılacaq:

"Bura Bülbül prospekti, eləcə də Dənizkənarı Milli Park istiqamətində digər küçələr daxil olacaq”.

M.Ağayev əlavə edib ki, velosipedçilər üçün xüsusi park yerlərinin yaradılması da nəzərdə tutulur. Bu cür yer ilk olaraq "Koroğlu” nəqliyyat mübadilə mərkəzində yaradılacaq.

Xəbər lenti