Xəzər Xəbər

Binəqədi rayonunda bəzi ərazilərin təbii qaz təchizatı dayandırılıb

İqtisadiyyat | 15:53 • 9 Oktyabr 2019
Binəqədi rayonunda bəzi ərazilərin təbii qaz təchizatı dayandırılıb

Yeni qaz xətlərinin mənbəyə birləşdirilməsi, yaranmış qaz sızmalarının aradan qaldırılması, eləcə də qaz kəmərlərində təmir və sazlama işlərinin aparılması ilə əlaqədar bu gün səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi 1-14 döngələrində, Vorovski və H.Ağamalıyev küçələrində, həmçinin Bərdə və Xaçmaz rayonlarının bir hissəsində təbii qazın təchizatı dayandırılıb.


Bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Xəbər lenti