Xəzər Xəbər

Bakıda bəzi marşrut avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək

İqtisadiyyat | 18:46 • 27 Sentyabr 2019
Bakıda bəzi marşrut avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək

Bakıda bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək.


Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.


Məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək. Avtobuslar hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.

Xəbər lenti