Xəzər Xəbər

Neftin qiyməti iyuldan indiyədək ən böyük həftəlik itkiyə yönəlib

İqtisadiyyat | 13:54 • 27 Sentyabr 2019
Neftin qiyməti iyuldan indiyədək ən böyük həftəlik itkiyə yönəlib

Xam neftin qiyməti iyuldan bu vaxtadək ən böyük həftəlik itkiyə yönəlib.


Xezerxeber.az xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanında neft obyektlərinə təşkil edilən hücumlar, bunun nəticəsində hasilatın azalması və bazarda yaranan qeyri-müəyyənlikdir. Nəticədə "qara qızıl”ın qiymətində iyul ayından bəri ən böyük həftəlik itki qeydə alınır.


Hazırda "Brent” neftinin bir barreli Londonun ICE birjasında 62,64 dollara, "Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 56,58 dollara alıcı axtarır.

Xəbər lenti