Xəzər Xəbər

Cari ildə ümumi daxili məhsul 2,4 faiz artıb

İqtisadiyyat | 12:56 • 16 Sentyabr 2019
Cari ildə ümumi daxili məhsul 2,4 faiz artıb

Bu ilin yanvar-avqust aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 50 milyard 875,7 milyon manat təşkil edib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artıb.


ÜDM-in 43,6 faizi sənayedə, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6 faizi tikintidə, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 14,6 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,9 faizini təşkil edib.


Əhalinin hər nəfərinə düşən ÜDM 5 milyard 145,1 manata bərabər olub.

Xəbər lenti