Xəzər Xəbər

Gömrük Komitəsi iyulda dövlət büdcəsinə 413 milyon manatdan çox vəsait köçürüb

İqtisadiyyat | 14:34 • 10 Avqust 2019
Gömrük Komitəsi iyulda dövlət büdcəsinə 413 milyon manatdan çox vəsait köçürüb

Cari ilin iyul ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 413 milyon 394 min manat olub.


Komitədən xezerxeber.az-a bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 112 milyon 970 min manat, əlavə dəyər vergisi üzrə 269 milyon 36 min manat, aksizlər üzrə 25 milyon 648 min manat, yol vergisi üzrə isə 5 milyon 738 min manat təşkil edib.

Xəbər lenti