Xəzər Xəbər

Mobil telefonların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

İqtisadiyyat | 13:51 • 25 İyul 2019
Mobil telefonların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Mobil telefonların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mazda 3” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 1 ədəd "Redmi Note 7”, 1 ədəd "Redmi S 2”, 4 ədəd "Samsung Galaxy A50”, 1 ədəd "Samsung Galaxy A30”, 1 ədəd "Samsung Galaxy A20”, 1 ədəd "Samsung Galaxy A7 2018” markalı mobil telefon, 1 ədəd "qulaqlıq”, mobil telefon üçün 6 ədəd qutu, 3 ədəd USB kabel və qidalandırıcı başlığı aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti