Xəzər Xəbər

AQTA 58 heyvan kəsimi məntəqəsində reyd keçirib

İqtisadiyyat | 14:35 • 12 İyul 2019
AQTA 58 heyvan kəsimi məntəqəsində reyd keçirib

Xətai rayonunda qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə əlaqədar reydlər keçirilib.


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) xezerxeber.az-a verilən məlumata görə, reydlərdə Xətai Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.


AQTA əməkdaşları 27.06.2019-cu il tarixdən 11.07.2019-cu il tarixədək Xətai rayonunun Cavanşir, M.Hadi, G.Şıxlinski, K.Kərimov, Q.Nəbi və R.Bayramov küçələrində 58 ünvanda fəaliyyət göstərən məntəqədə olublar. Məntəqələrdə satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan əti aşkarlanıb.


Yol kənarlarında qanunsuz quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.


AQTA qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Sahibkarları müasir heyvan kəsimi fəaliyyəti sahəsində aktiv fəaliyyətə dəvət edir və bu istiqamətdə Agentliyin mütəxəssisləri tərəfindən müraciət edən sahibkarlara peşəkar və metodiki köməkliklərin göstəriləcəyini bildirir.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:16 • 15 Aprel 2024
Azərbaycan neftinin qiyməti 93 dollara
Azərbaycan neftinin qiyməti 93 dollara ÇATDI
10:47 • 12 Aprel 2024
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
11:30 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
10:35 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
11:00 • 10 Aprel 2024

Xəbər lenti