Xəzər Xəbər

Avtomobillərin pərakəndə satışı ilə məşğul olan hüquqi şəxslərin vergi öhdəlikləri

İqtisadiyyat | 21:11 • 9 İyul 2019
Avtomobillərin pərakəndə satışı ilə məşğul olan hüquqi şəxslərin vergi öhdəlikləri

Avtomobillərin pərakəndə satışı ilə məşğul olan hüquqi şəxslərin vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya mənfəət vergisi, ƏDV) ibarətdir.


Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən xezerxeber.az-a bildirilib ki, vergiödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan çox olduqda, növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur və həmin şəxslər sadələşdirilmiş vergiödəyici olmaq hüququnu itirir. Bu halda hüquqi şəxslər əldə etdikləri gəlirlərindən xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidirlər. Eyni zamanda, kreditlərin verilməsi bankların və bank olmayan kredit təşkilatının fəaliyyətinə aid olunaraq lisenziya tələb edən fəaliyyət növlərinin siyahısına daxil edilib.

Xəbər lenti