Xəzər Xəbər

Aİ ilə Azərbaycanın kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 237 milyon dollar olub

İqtisadiyyat | 16:59 • 13 İyun 2019
Aİ ilə Azərbaycanın kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 237 milyon dollar olub

Keçən il Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 237 milyon dollar təşkil edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə iyunun 13-də Bakıda keçirilən V Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində panel iclasda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.


Nazir qeyd edib ki, Azərbaycandan Aİ ölkələrinə 47,8 milyon dollarlıq məhsul ixrac edilib, 189 milyon dollarlıq kənd təsərrüfatı məhsulu isə ölkəyə idxal olunub. Mövcud potensialı nəzərə alaraq bu rəqəmləri artırmalıyıq.

Xəbər lenti