Xəzər Xəbər

Ankaraya gedəcək qatarın biletləri satışa çıxarıldı

İqtisadiyyat | 11:24 • 15 May 2019
Ankaraya gedəcək qatarın biletləri satışa çıxarıldı

Türkiyədə Ankara-Qars qatarının biletləri ilk dəfə satışa çıxarılıb.

Bu marşrut üzrə qatar ilk dəfə mayın 29-da yola düşəcək.

İlkin qatar səfəri daha çox turistik səfər xarakterindədir və mayın 29-da Ankarada yerli saatla 20:00-da çıxacaq. Qatarın bileti bir nəfər üçün 400 türk lirəsi, iki nəfərlik bilet isə 500 lirədir.

120 yataq yeri olan qatar Ankaradan Qarsa 27 saata çatacaq.

Sonrakı mərhələdə Ankara-Qars-Ankara xətti üzrə günaşırı işləyəcək qatar Qarsdan Ankaraya saat 23:00-da çıxacaq.

Məlumat üçün qeyd edək ki, bu həm də gələcəkdə açıqlaması gözlənilən Bakı-Ankara qatar yolunun bir hissəsidir. Eyni zamanda Bakı-Tblisi-Qars marşrutu üzrə hərəkət edən sərnişinlər Qarsdan Ankaraya asanlıqla çata bilər.

Qatarın biletinin indi göstərilən qiymətlərdən ucuz olacağı gözlənilir./Teleqraf.com

Xəbər lenti