Xəzər Xəbər

ABŞ-da aktiv qazma qurğularının sayı azalıb

İqtisadiyyat | 13:43 • 11 May 2019
ABŞ-da aktiv qazma qurğularının sayı azalıb

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır.


Bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd azalaraq 988 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 57 ədəd azdır.


Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2 ədəd azalaraq 805 olub. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayında 39 ədəd azalma qeydə alınıb.


Aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 183 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 16 ədəd azalıb.


Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

Xəbər lenti