Xəzər Xəbər

Bu gün Xırdalan və Qaradağda işıq olmayacaq

İqtisadiyyat | 11:26 • 9 May 2019
Bu gün Xırdalan və Qaradağda işıq olmayacaq

Bu gün saat 13.30-dan 16-00-dək Xırdalan şəhəri Quşçuluq massivi, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.


"Azərişıq” ASC-nin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, bu, "110 kv-luq Xırdalan hava xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədardır.


Yaranacaq narahatçılığa görə "Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

Xəbər lenti