Xəzər Xəbər

Azərbaycan Dünya Neft Şurasının 2023-cü ildə keçirəcəyi Konqresə ev sahibliyini irəli sürüb

İqtisadiyyat | 11:53 • 8 May 2019
Azərbaycan Dünya Neft Şurasının 2023-cü ildə keçirəcəyi Konqresə ev sahibliyini irəli sürüb

Azərbaycanın Dünya Neft Şurasının (WPC) 2023-cü ildə keçirəcəyi Konqresə ev sahibliyi irəli sürülüb.


Bu barədə mayın 8-də "Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyinin (İB) iclasında qərar qəbul edilib.


İclasda İB-nin illik hesabatı və gələcək perspektivlər müzakirə olunub.


Energetika naziri, "Azərbaycan Milli Neft Komitəsi” İB-in sədri Pərviz Şahbazov deyib ki, "Azərbaycan Milli Neft Komitəsi” İctimai Birliyin 19 nəfərdən ibarət idarə heyəti yekdilliklə bu qərarı qəbul edib.


Qeyd edək ki, "Azərbaycan Milli Neft Komitəsi” İB 2005-ci ildə təsis edilib və həmin il Yohanesburqda keçirilən Konqresdə Dünya Neft Şurasına (WPC) üzv seçilib. Hər üç ildən bir keçirilən Dünya Neft Konqresinin əsas təşkilatçısı 1933-cü ildə yaradılmış Dünya Neft Şurasıdır. Konqres neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. 65 üzv ölkəni birləşdirən WPC dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar