Xəzər Xəbər

Sürücülərin diqqətinə! Bu ərazilərdə rəngənmə işləri aparılır

İqtisadiyyat | 10:27 • 26 Aprel 2019
Sürücülərin diqqətinə!

Bakı şəhəri, Heydər Əliyev prospekti, Hava limanı yol qovşağından Böyük şor yol qovşağınadək (hər iki istiqamət) olan hissədə 26, 27 və 28 aprel tarixlərində səhər saat 10:00-dan axşam saat 18:00-dək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə xezerxeber.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Bundan başqa, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov və İstiqlaliyyət küçələrində, həmçinin İnşaatçılar, Nərimanov, Parlament, Hüseyn Cavid prospektlərində və Hüseyn Cavid parkının ətrafında 26 və 27 aprel tarixlərində axşam saat 22:00-dan səhər saat 6:00-a kimi üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərinin aparılması nəzərdə tutulur.

Bu səbəbdən sürücülərdən qeyd olunan tarixlərdə adı çəkilən ünvanlar boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti