Xəzər Xəbər

“Xəzər” avtomobilləri Ukraynaya ixrac ediləcək

İqtisadiyyat | 15:05 • 9 Fevral 2019
“Xəzər” avtomobilləri Ukraynaya ixrac ediləcək
Azərbaycanda istehsal edilən "Xəzər” avtomobilləri bu il Ukraynaya ixrac ediləcək.


Bunu "Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə heyətinin sədri Emin Axundov deyib. O, ilkin olaraq 300 avtomobilin ixracının nəzərdə tutulduğunu bildirib:

"İxraca cari ilin ortalarında başlanacaq. Bu günə qədər 1250 "Xəzər” maşını satılıb. Onların 400-ə yaxını dövlət idarələri tərəfindən, qalan hissəsi isə vətəndaşlar tərəfindən alınıb. Avtomobillərin 25-30 faizi kredit yolu ilə əldə edilib”.

Xəbər lenti