Xəzər Xəbər

Daha 3 kredit ittifaqının lisenziyası ləğv edildi

İqtisadiyyat | 10:18 • 8 Fevral 2019
Daha 3 kredit ittifaqının lisenziyası ləğv edildi

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 57-dən 54-ə düşüb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib.

Bunlar Bərdə rayonundakı "Fim-Finans”, Salyan rayonundakı "Firavan” və Xaçmaz rayonundakı "Şans” kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 57-dən 54-ə düşüb.(report.az)

Xəbər lenti