Xəzər Xəbər

Pərviz Şahbazov: "Neftin qiyməti 60-70 dollar arasında dəyişərsə..."

İqtisadiyyat | 11:50 • 7 Fevral 2019
Pərviz Şahbazov:

"Əgər neftin qiyməti 60-70 ABŞ dolları arasında dəyişərsə, bu bizim iqtisadiyyatımız və planlarımız üçün müsbət olacaq".

Bunu "Bloomberg" agentliyinə müsahibəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, həmin rəqəm istehsalçı və istehlakçılar üçün də yaxşı qiymətdir.

Nazir həmçinin OPEC və tərəfdaşlarının hasilatın azaldılması sazişini bu ilin sonunadək artıra biləcəklərini açıqlayıb:

"Qərarın uzadılması ehtimalı var. Dekabrda 2019-cu ilin 6 ayı müddətində hasilatın hər gün 1,2 mln. barel azaldılması ilə bağlı razılaşmadan sonra neft qiymətləri 15%-də artıb. Hasilatın azaldılması ilə bağlı saziş apreldə OPEC ölkələrinin nazirlərinin Bakıda keçiriləcək sammitdə ola bilər".

Xəbər lenti