Xəzər Xəbər

“Azərişıq”: Şamaxı rayonunun elektrik enerjisi təchizatında problem yoxdur

İqtisadiyyat | 14:18 • 6 Fevral 2019
“Azərişıq”: Şamaxı rayonunun elektrik enerjisi təchizatında problem yoxdur

Hazırda zəlzələ bölgəsində elektrik enerjisi təchizatında heç bir problem yoxdur. Zəlzələ baş verdiyi zaman Şamaxı rayonuna verilən elektrik enerjisində 30 dəqiqəyə yaxın fasilə olub. Lakin "Azərişıq” ASC tərəfindən görülmüş operativ tədbirlər nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.


Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.


Onun sözlərinə görə, hazırda təkcə zəlzələ baş verən bölgələrdə deyil, respublikanın elektrik enerjisi təchizatında heç bir problem yoxdur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti