Xəzər Xəbər

Bu ərazilərdə işıq olmayacaq

İqtisadiyyat | 11:34 • 8 Noyabr 2018
Bu ərazilərdə işıq olmayacaq

Abşeron rayonunun Saray, Yeni Saray və Ceyranbatan qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.


"Azərişıq” ASC-dən xezerxeber.az-a verilən məlumata görə, Abşeron rayonu ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq bu gün saat 12.30-dan 14.30-a qədər məhdudiyyət tətbiq ediləcək.


Yaranmış narahatçılığa görə "Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Xəbər lenti