Xəzər Xəbər

Venesuela OPEK-ə öz kriptovalyutasını təqdim edəcək

İqtisadiyyat | 09:01 • 8 Noyabr 2018
Venesuela OPEK-ə öz kriptovalyutasını təqdim edəcək

Venesuela hakimiyyəti OPEK ölkələrinə özünün "petro" kriptovalyutasını hesablaşma vasitəsi kimi təqdim edəcək.


Bu barədə ölkənin neft sənayesi naziri Manuel Kevedo bildirib.


M.Kevedo deyib: "Biz OPEK-də 2019-cu ilin birinci rübündə "petro"nu dünyada neft ticarəti üçün valyuta kimi təqdim edəcəyik , biz bütün məhsullarımızı bu kriptovalyuta ilə satacağıq".


Qeyd edək ki, "petro"nun satışları fevral ayında başlayıb. Venesuelanın kriptovalyutasının qiyməti ölkədə hasil olunan neftin bir barrelinə bərabərləşdirilib və 60 dollara yaxın təşkil edir.

Xəbər lenti