Xəzər Xəbər

Bu ölkədə dizel yanacağı benzindən bahadır

İqtisadiyyat | 15:12 • 6 Noyabr 2018
Bu ölkədə dizel yanacağı benzindən bahadır

Çexiyada benzinin və dizel yanacağının arasında hələ ki, əhəmiyyətli qiymət fərqi yoxdur. Bu fərq cəmi 3 heller, yəni 1 krondan aşağı səviyyədədir. Bununla yanaşı, mütəxəssislərin proqnozlarına görə, bu tendensiya bütün qış ərzində saxlanılacaq.


"Finlord” şirkətinin analitiki Boris Tomçiakın fikrincə, bunun başlıca səbəbi soyuqların düşməsi ilə bağlıdır. Bu zaman istilik məqsədləri üçün mazuta tələbat artır ki, bu da dizel yanacağının istehlakını artırır.


AZƏRTAC xəbər verir ki, Çexiyada daha çox yayılan "Natural 95” benzininin orta statistik qiyməti hazırda 33,74 kron (1,3496 avro) təşkil edir. Dizel yanacağı isə 33,77 krona (1,3508 avro) başa gəlir.


"Dizel yanacağının benzinlə müqayisədə nə qədər baha qalacağı daha çox dünya bazarlarında neftin qiymətindən asılı olacaq. Qiymətlər arasındakı fərq 2 krona da çata bilər. Bu, az deyil”, - deyə "Cyrrus” şirkətinin mütəxəssisi Petr Pelts xəbərdarlıq edib.

Xəbər lenti