Xəzər Xəbər

Saxta balların sonrakı aqibəti ilə bağlı qərarı Qida Təhlükəsizliyi Agentliyi verəcək

İqtisadiyyat | 14:27 • 8 Oktyabr 2018
Saxta balların sonrakı aqibəti ilə bağlı qərarı Qida Təhlükəsizliyi Agentliyi verəcək

Bakıda keçirilən bal yarmarkasında 371 arıçı işrirak edir.


Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.


O qeyd edib ki, yarmarkada 120 ton bal satışa çıxarılıb: "Yarmarkaya 150 ton bal gətirilmişdi. Lakin Qida Təhlükəsizliyi Agentliyinin apardığı analizlərin nəticəsində 30 ton bal standartlara cavab vermədiyi üçün yarmarkadan kənarlaşdırılıb. Həmin ballar yarmarkanın sonuna qədər saxlanılacaq və balların sonrakı aqibəti ilə bağlı qərarı Qida Təhlükəsizliyi Agentliyi verəcək”.


Assosiasiya sədri deyib ki, yarmarkada təkcə bal deyil, digər arıçılıq məhsulları, o cümlədən arı südü, çiçək tozu, güləm də satılır.

Xəbər lenti