Xəzər Xəbər

Bakı metrosunda qatar tuneldə qalıb

İqtisadiyyat | 12:09 • 14 Sentyabr 2018
Bakı metrosunda qatar tuneldə qalıb

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "Xətai” və "Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report”a faktı təsdiq edib.

Onun sözlərinə görə, ləngimə, təxminən, 20 dəqiqə davam edib: "Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib. Bu proses, təqribən, 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb”.

Xəbər lenti