Xəzər Xəbər

Tatarıstan sahibkarları Bakıda səfərdədir

İqtisadiyyat | 11:49 • 14 Sentyabr 2018
Tatarıstan sahibkarları Bakıda səfərdədir

Tatarıstandan olan gənc sahibkarların daxil olduğu nümayəndə heyəti sentyabrın 12-dən Bakıda səfərdədir. Sentyabrın 15-dək davam edəcək səfər Tatarıstan Respublikası İqtisadiyyat Nazirliyinin, Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə təşkil edilib.


Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyindən verilən məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu sahibkarlar arasında təcrübə mübadiləsi məqsədilə Tatarıstan və Azərbaycan şirkətləri və müəssisələri arasında bir sıra görüşlər təşkil edib.

Xəbər lenti