Xəzər Xəbər

Sertifikatlı toxum əldə etmək istəyən fermerlərin nəzərinə

İqtisadiyyat | 13:13 • 13 Sentyabr 2018
Sertifikatlı toxum əldə etmək istəyən fermerlərin nəzərinə

Respublikada toxumçu fermerlər tərəfindən yüksək kondisiyalı, sertifikatlı toxumlar istehsal olunub.


Xezerxeber.az xəbər verir ki, toxum satışı yerləri və ünvanları barədə məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəsmi internet səhifəsinin (sorttoxumagro.gov.az) toxum satış bölməsində yerləşdirilib. Məlumatda toxum istehsalçısının ünvanı, istehsal olunmuş toxumun reproduksiyalar üzrə göstəriciləri öz əksini tapıb.


Fermerlər Xidmətin rəsmi internet saytına daxil olmaqla sertifikatlı toxum əldə edə bilərlər.

Xəbər lenti