Xəzər Xəbər

Azərbaycan və Latviya arasında tikinti sahəsində əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat | 09:58 • 13 Sentyabr 2018
Azərbaycan və Latviya arasında tikinti sahəsində əməkdaşlıq müzakirə edilib

12 sentyabr 2018-ci il tarixindəDövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsu qəbul edib.


Komitədən xezerxeber.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Latviya arasında şəhərsalma, memarlıq və tikinti sahəsində gələcək əməkdaşlığın perspektivləri və birgə reallaşdırılması mümkün olan layihələr barədə fikir mübadiləsi aparılıb.


Xəbər lenti

Çox oxunanlar