Xəzər Xəbər

Bu il Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb

İqtisadiyyat | 09:19 • 13 Sentyabr 2018
Bu il Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb

Cari ilin yanvar-avqust ayında Azərbaycana idxal edilən avtomobillərin sayı 14 min 34 ədəd olub.


Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 100 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 12 min 525 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 1332 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 77 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Xəbər lenti