Xəzər Xəbər

“Bakmil”də hərəkət iki günlük bərpa edilib

İqtisadiyyat | 11:15 • 11 Avqust 2018
“Bakmil”də hərəkət iki günlük bərpa edilib

"Bakmil” stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət şənbə və bazar günləri (11-12 avqust tarixlərində) tətbiq edilməyəcək.


Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.


"Sərnişinlərimiz "Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq istifadə edə bilərlər”.


Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin "Bakmil” stansiyasına giriş-çıxışı müvəqqəti olaraq 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.

Xəbər lenti