Xəzər Xəbər

Gömrük nəzarətindən gizlədilən külli miqdarda dollar aşkar edildi - FOTO

İqtisadiyyat | 17:24 • 10 Avqust 2018
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dollar aşkar edildi -

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.


Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycandan Gürcüstana "Mersedes Benz travego" markalı avtobusla gedən Türkiyənin iki vətəndaşının üzərində "Sınıq Körpü" gömrük postunda şəxsi yoxlama aparılıb.


Baxışdan öncə, həmin şəxslərdən biri üzərində gömrük orqanına bəyan edilməli hər hansı malın olmadığını, digəri isə üzərində 1000 Türkiyə lirəsinin olduğunu bildirib.


Lakin yoxlama zamanı hər iki şəxsin üzərində gömrük nəzarətindən gizlədilən cəmi 40.000 dollar aşkar edilib.

Xəbər lenti