Xəzər Xəbər

İyulda Təl-Əviv-Bakı reysi üzrə sərnişin axını 200 faiz artıb

İqtisadiyyat | 16:42 • 10 Avqust 2018
İyulda Təl-Əviv-Bakı reysi üzrə sərnişin axını 200 faiz artıb

Azərbaycan Hava Yolları (AZAL) Təl-Əviv hava limanına sərnişin axını üzrə liderlərdəndir.


AZƏRTAC xəbər verir ki, bu barədə Ben-Qurion beynəlxalq hava limanının (TLV) dərc edilmiş rəsmi statistikasında deyilir.


Statistikaya əsasən, Tel-Əviv-Bakı reysi (və əks istiqamət) üzrə sərnişin axını iyul ərzində keçən ilin göstəricisinə nisbətən 200 faiz artıb. Ümumi axının 57 faizi AZAL-ın payına düşür.


Qeyd edək ki, İsrail vətəndaşları Təl-Əviv-Bakı-Nyu-York marşrutu üzrə tranzit reysindən mütəmadi istifadə edir.

Xəbər lenti