Xəzər Xəbər

Azərbaycan təbii qaz ixracını artırıb

İqtisadiyyat | 15:58 • 10 Avqust 2018
Azərbaycan təbii qaz ixracını artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 4 milyard 49 milyon 654 min kubmetr təbii qaz ixrac olunub.


Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə ixrac olunan təbii qazın dəyəri isə 749 milyon 713 min ABŞ dolları təşkil edib.


Qeyd edək ki, keçən ilin yanvar-iyul aylarında ölkədən 3 milyard 831 milyon 705 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 669 milyon 181 min dollar olub.

Xəbər lenti