2018-ci il iyulun 1-i
vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən
ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1546,2 min nəfər olub,
onlardan 885,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 660,5 min
nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. XəzərXəbər Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir ki, muzdla işləyənlərin 21,4 faizi təhsil, 18,8
faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,5
faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi
tikinti, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6
faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki
fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,0 faizi isə iqtisadiyyatın
digər sahələrində məşğul olublar.
2018-ci ilin yanvar-iyun
aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq
nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq
541,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və
sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və
rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində
orta aylıq nominal əməkhaqqı daha yüksək olub.