Xəzər Xəbər

Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları azalıb

İqtisadiyyat | 13:51 • 8 Avqust 2018
Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları azalıb

Keçən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.


Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən həftə ölkədəki xam neft ehtiyatları 6 milyon barrel azalaraq 407 milyon 200 min barrel olub.


Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Xəbər lenti