Xəzər Xəbər

“Azeri Light”-ın qiyməti 80 dollara çatır

İqtisadiyyat | 10:52 • 10 İyul 2018
“Azeri Light”-ın qiyməti 80 dollara çatır
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.


XəzərXəbər xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,14 dollar bahalaşaraq 79,44 dollar olub.


Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar artaraq 78,51 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 74,28 dollar olub.

Xəbər lenti