Xəzər Xəbər

6 bankın 45 əmlakı hərraca çıxarılır

İqtisadiyyat | 13:08 • 9 İyul 2018
6 bankın 45 əmlakı hərraca çıxarılır

Azərbaycan Əmanətlərin Sığortalanması (ADIF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğvedicisi olduğu "Bank Standard” QSC, "Texnika Bank”, "Zamin Bank”, "Deka Bank”, "Bank of Azərbaycan” və "Qafqaz Inkişaf Bankı” ASC-lərin balansındakı daşınar və daşınmaz əmlakları 45 lot üzrə hərraca çıxarır.

XəzərXəbər Fonda istinadən xəbər verir ki, 7 lot üzrə əmlak 1-ci dəfə, 17 lot üzrə əmlak 2-ci dəfə, 10 lot əmlak 3-cü dəfə, 11 lot üzrə əmlak isə 4-cü dəfə hərraca çıxarılır.

Hərraclar iyulun 16-da, 30-da və avqustun 6-da, açıq formada Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156(20A), 1933-cü məhəllə ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 linki vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti

Çox oxunanlar