Xəzər Xəbər

Azərbaycan ət idxalını 10% azaldıb

İqtisadiyyat | 12:30 • 16 May 2018
Azərbaycan ət idxalını 10% azaldıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 19 mln.357,37 min dollar dəyərində 13 465,86 ton ət idxal edib.

Bu barədə "APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 1 501,1 ton və ya 10,03% azdır. Məbləğ baxımından isə illik nisbətdə 1 mln. 819,77 min dollar və ya 8,59% azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 21 mln. 177,14 min dollar dəyərində 14 966,96 ton ət idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,64%-ni təşkil edib.

Xəbər lenti