Xəzər Xəbər

Azərbaycanda “Ukrayna Ticarət Evi” dövlət qeydiyyatına alınıb

İqtisadiyyat | 09:27 • 16 May 2018
Azərbaycanda “Ukrayna Ticarət Evi” dövlət qeydiyyatına alınıb

Azərbaycanda "Ukrayna Ticarət Evi” MMC yaradılıb.

"APA-Economics” "Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 10 manatdır.

Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski ev 48, M2 m1 ünvanında yerləşir.

MMC-nin qanuni təmsilçisi Osadçenko Yuriy Leonidoviçdir.

Qeyd edək ki, Cəmiyyət aprelin 6-da dövlət qeydiyyatına alınıb.

Xəbər lenti