Qlobal maliyyə bazarlarının FED-in uçot dərəcəsini daha sürətlə artıracağı ilə bağlı gözləntilərinin artması, ABŞ-ın 10 illik dövlət istiqrazları üzrə gəlirlilik faizini mart ayında 3,5%-ə qədər yüksəldəcək.
"Bloomberg” agentliyinə istinadən, bu proqnozu ABŞ-ın nüfuzlu investisiya banklarından biri olan "Goldman Sachs”ın aktivlərin idarə edilməsi üzrə törəmə şirkəti – "Goldman Sachs Asset Management” verib.
Qeyd edək ki, hazırda ABŞ-ın 10 illik istiqrazlarının faiz dərəcəsi 2,83% səviyyəsindədir. Faizlərin yüksəlməsi digər aktivlərin, xüsusilə də səhm, qızıl və xammal qiymətlərinin ucuzlaşmasına səbəb olacaq.