Xəzər Xəbər

Bir manat metal pulla əvəz olunacaq? Mərkəzi Bankdan cavab

İqtisadiyyat | 15:49 • 12 Fevral 2018
Bir manat metal pulla əvəz olunacaq?

Azərbaycanda 1 manatlıq əksinazların dəyişdiriləcəyi iddia edilir. Sosial şəbəkədə yayılan məlumata görə, may ayından etibarən bir manatlıq əksinazlar metal pullarla əvəzlənəcək.

AzVision.az məlumatı dəqiqləşdirmək üçün Mərkəzi Bankla əlaqə saxlayıb. Bildirilib ki, məlumat tamamilə yanlışdır.

"1 manatlıq əksinazların metal pullarla əvəz edilməsi barədə məlumat yanlışdır. Belə dəyişiklik nəzərdə tutulmayıb”, - deyə məlumatada qeyd edilib.

Xəbər lenti