Xəzər Xəbər

Gömrükçülər Azərbaycana qanunsuz gətirilən balıq yağı aşkar ediblər - FOTO

İqtisadiyyat | 15:44 • 13 Yanvar 2018
Gömrükçülər Azərbaycana qanunsuz gətirilən balıq yağı aşkar ediblər -

Gömrük bəyannaməsi olmadan keçirilən dərman preparatları aşkar edilib.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan "Mercedes Benz E220" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.

Həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.

Lakin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı avtomobilin oturacağının söykənəcək hissəsinin arxasından, qabaq sağ və sol döşəmələrin altindan gizlədilmiş halda ümumi sayı 142 konvalyut-1857 ədəd üzərində "Omega 3 Kapseln" yazısı olan balıq yağı dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti