Texniki səbəblərdən "Dərnəgül” Nəqliyyatı Mübadilə Mərkəzi (NMM) istifadəyə verilməyib.
Xezerxeber.az məlumat verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, texniki səbəblərə görə "Dərnəgül” NMM-in istifadəyə verilməsi təxirə salınıb. Mərkəz növbəti həftə ərzində sərnişinlərin istifadəsinə veriləcək.