Xəzər Xəbər

Ölkə üzrə 207 min 329 ton pambıq tədarük olunub

İqtisadiyyat | 15:20 • 12 Yanvar 2018
Ölkə üzrə 207 min 329 ton pambıq tədarük olunub

Yanvarın 12-dək ölkə üzrə 207 min 329 ton pambıq tədarük olunub.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, ötən gün pambıq qəbulu məntəqələrinə 49 ton məhsul təhvil verilib.

Hazırda qeyri-neft sektorunun inkişafına yönəlmiş kompleks tədbirlər nəticəsində ənənəvi kənd təsərrüfatı sahələrində, o cümlədən pambıqçılıqda böyük artım müşahidə olunur. Ötən mövsümdə qəbul məntəqələrinə 89 min ton, bu mövsümdə isə 207 min tondan çox pambıq təhvil verilib.

Xəbər lenti