Xəzər Xəbər

Orta aylıq əmək haqqı 550 manat olacaq

İqtisadiyyat | 12:13 • 15 Noyabr 2017
Orta aylıq əmək haqqı 550 manat olacaq

"2018-ci ildə ölkədə doğulanların sayının 156 min nəfər olacağı proqnozlaşdırılır”.

XəzərXəbər-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir qeyd edib ki, Azərbaycanda ömür uzunluğu təqribən 75,9 yaş, qadınlar üzrə 78,3, kişilər üzrə 73,5 yaş olacağı proqnozlaşıdırılır: "15-64 yaş arasında əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 70,5 faizini, 65 yaşda olanlar isə bütün əhalinin 6,8 faizini təşkil edəcəyi gözlənilir. İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 839 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 555 min nəfər olacağı proqnozlaşdırılır”.

S.Müslümovun sözlərinə görə, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 3,5 faiz artaraq, təqribən 550 manata yaxınlaşacaq: "2018-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar, əmək pensiyaçılarının orta illik sayının 2018-ci ildə təqribən 1 milyon 315 min nəfər təşkil edəcəyini göstərir”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti