Xəzər Xəbər

Bitkoinin dəyəri 30 faiz düşdü

İqtisadiyyat | 12:13 • 13 Noyabr 2017
Bitkoinin dəyəri 30 faiz düşdü

Analitiklər məşhur kriptovalyutanın dəyərinin kəskin azalmasını yeni Bitcoin Cash kriptovalyutasının yaranması ilə izah edirlər.

Son bir həftə ərzində ən məşhur kriptovalyuta olan bitkoinin dəyəri 30% düşüb. Bu barədə Bloomberg xəbər verir.

Çərşənbə günü valyuta tarixi maksimuma - 7882 dollara çatmışdı, daha sonra düşməyə başladı və bazar ertəsinə artıq 5948 dollar təşkil edir.

Yeni yaranmış Bitcoin Cash kriptovalyutasının dəyəri isə, əksinə, 40% artaraq, görünməmiş 2478 dollara çatıb./publika.az

Xəbər lenti